İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi III oxunuşda qəbul olundu

ÖLKƏ
11:41 / 03.12.2021
975

Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Hit.az-ın xəbərinə görə, layihəni Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

Qeyd edək ki, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 180 375 536,0 manat, xərclərinin 180 375 536,0 manat məbləğində olması proqnozlaşdırılır.

0