Vilayət Eyvazov onu müavin təyin etdi

ÖLKƏ
16:37 / 03.12.2021
5377

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Turab Əsgərov Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

O, bu təyinata qədər Salyan Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində xidmət aparıb.

1