Bakıda 20 yaşlı gənc özünü metroda YANDIRMAĞA CƏHD ETDİ

ÖLKƏ
10:06 / 08.12.2021
1300

Bakıda 20 yaşlı gənc özünü metroda yandırmağa cəhd edib.

Hit.az xəbər verir ki, hadisə ötən gün saat 21 radələrində "Gənclik" metro-stansiyasında qatar hərəkət edərkən baş verib. 2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib.

Onun bu cəhdinin qarşısı alınıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

0