"154 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib" - Elvin Hüseynov

ÖLKƏ
13:20 / 08.12.2021
1394

"Ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib".

Hit.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransında Fondun rəhbəri Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, onlardan 115-si ölkəyə geri qayıdıb. E.Hüseynov əlavə edib ki, hazırda 39 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.

0