Mikayıl Cabbarova daha bir vəzifə verildi

ÖLKƏ
18:06 / 08.12.2021
1257

Azərbaycan Güləş Federasiyasında (AWF) hesabat-seçki konfransı keçirilib.

Hit.az-ın məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib.

Qeyd edək ki, Namiq Əliyev 2018-ci ilin oktyabrından prezident əvəzi kimi çalışıb.

1