Media subyektlərinə güzəştli kreditlər və 5 illik vergi güzəşti təklif olunur

ÖLKƏ
12:19 / 09.12.2021
988

"Media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanı təmin edilə bilər”.

HİT.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, KOBİA ilə də müzakirələr davam etdirilir: "Müvafiq qurumun media sahəsinin inkişafına kömək xarakterli təklifləri dəyərləndirilməkdədir”.

Əhməd İsmayılov bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı sənəd özündə 5 illik vergi güzəştlərini ehtiva edir: "Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı əlimizdə layihə var. Biz istəyirik ki, sənəd "Media haqqında” qanunla birlikdə müzakirə edilərək qəbul olunsun. Biz çalışacağıq ki, reklamla bağlı da vergi güzəştləri tətbiq edilsin. Bununla bağlı təkliflər verilib. Yaxın vaxtlarda bu təklifə müsbət rəyin verilib-verilməməsi aydın olacaq”.

0