Konfrans Liqası: “Qarabağ” “Bazel”ə məğlub oldu, qrup ikincisi oldu + VİDEO

ÖLKƏ
02:00 / 10.12.2021
1340

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə "Bazel"inin qonağı olub.

"Sankt-Yakob Park" stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Bazel” qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. “Qarabağ” isə mübarizəni pley-offda davam etdirəcək.

Qeyd edək ki, qrupun digər oyununda Qazaxıstan “Kayrat”ı Kiprdə “Omoniya” ilə qolsuz heç-heçəyə razılaşıb.

 

0