Bakıda “Range Rover” 3 maşına çırpılıb aşdı - FOTOLAR

ÖLKƏ
09:36 / 11.12.2021
1891

Bakının Yasamal rayonunda 4 avtomobil qəzaya uğrayıb.

HİT.az APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

Belə ki, “Range Rover” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib, nəticədə nəqliyyat vasitəsi ağaca, daha sonra yol nişanına çırpılıb.

Daha sonra maşın yol kənarında dayanan iki “Mercedes” və “Mitsubishi” markalı avtomobillərə çırpılıb və aşıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

0