Bir gündə 32 minə yaxın şəxs peyvənd olundu

ÖLKƏ
18:50 / 11.12.2021
1666

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 944 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 447, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 198, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 299 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 869 472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 117 826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 613 676, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 137 970 təşkil edir.

0