DİN-dən aksiya çağırışları ilə bağlı - Açıqlama

ÖLKƏ
21:57 / 13.12.2021
1522

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlara münasibət bildirib.

HİT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar:

“Dekabrın 1-də olduğu kimi, bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcək.

Bu zaman yarana biləcək hər hansı  instidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək”.

0