Yeni il şənlikləri ilə bağlı direktorlara tapşırıqlar verildi

ÖLKƏ
13:00 / 15.12.2021
1083

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

HİT.az xəbər verir ki, idarənin müdiri Mehriban Vəliyeva bu barədə məktəb rəhbərliyinə tapşırıqlar verildiyini deyib.

"Biz artıq bu haqda məktəb müdriyyətlərinə məlumat vermişik. Hansısa bir neqativ hal varsa, biz o neqativə hala qarşı müvafiq addımlar atırıq. Əgər valideynlər hansısa bir şənlik təşəbbüsü ilə çıxış edərsə, biz onun qarşısını ala bilmərik. Hər hansı bir neqativ hal və ya fakt olarsa, idarəyə müraciət edilə bilər", deyə Mehriban Vəliyeva bildirib.

0