Azərbaycanda polkovnik-leytenant vəfat etdi

ÖLKƏ
15:05 / 17.12.2021
1859

Azərbaycanda polkovnik-leytenant vəfat edib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Ramin Ələkbərov dekabrın 16-da gecə saatlarında ağciyər arteriyasının tromb emboliyasından vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən zabitin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

0