Nurlan İbrahimovla bağlı qərar gələn ilə qaldı

ÖLKƏ
09:50 / 18.12.2021
901

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsi ilə bağlı qərarını açıqlama vaxtını dəyişdirib. 

Hit.az xəbər verir ki, bu barərə N.İbrahimov sosial şəbəkədə məlumat paylaşıb. O qeyd edib ki, dekabrın 22-də açıqlanmalı olan qərar gələn ilin yanvarın 27-nə qədər təxirə salınıb. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı Feysbuk hesabında ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.

Lakin o, bu qərardan CAS-a şikayət edib.

0