Sahibkarlıq fəaliyyətinə verilən icazələrin artırılması barədə layihə qəbul edildi

ÖLKƏ
12:02 / 20.12.2021
1660

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Hit.az-ın xəbərinə görə, dəyişikliklə sənaye məhəllələrinin və aqroparkların rezidentlərinə verilən qeydiyyat şəhadətnamələri sahibkarlıq fəaliyyətinə icazələrin siyahısına daxil edilir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

0