"Qarabağ Regional Təhsil İdarəsinin yaradılması alqışlanmalı addımdır. Ancaq..." - Sevinc Fədai

ÖLKƏ
22:41 / 20.12.2021
1260

"Prezident İlham Əliyev rayon təhsil şöbələrinin ləğv edilməsi, əvəzində Təhsil Nazirliyinin bir sıra regional idarələrinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncam lazımsız bürokratiyanın, bir sıra əngəllərin aradan qaldırılması, xüsusilə yerli özünüidarəetmə sisteminə keçidlə bağlı təqdirəlayiq hesab edilə bilər. O halda ki, bu qərar sənəd üzərində qalmasın və təkcə forma deyil, mahiyyət də dəyişsin”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini Sevinc Fədai  bldirib.

"Azərbaycan Yüksəliş Partiyası olaraq regional idarəetmə sisteminin qurulması barədə təkliflərlə, bu sistemin üstünlüyü ilə bağlı dəfələrlə çıxışımız, təklifimiz olub. Azərbaycan vətəndaşının hər addımda bürokratik əngəllərlə qarşılaşmamasını, kiçik məmurların yaratdığı maneələri aşmaq, ölkədə sosial rifah, rahatlıq istəyiriksə, axır-əvvəl bütün sferalarda bu sistemi qurmalıyıq. Bunun üçün də xüsusi olaraq bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Axı əhalisi 10, 20, 30 min olan bir ərazi niyə rayon, şəhər olmalıdır? Bu məsələnin özünə də yenidən baxılmalıdır. Bu baxımdan bizə yaxın olan qardaş Türkiyə ənənəsini və müsbət idarəetmə qaydalarını ölkəmizə gətirməliyik”, - o əlavə edib. 

Sevinc Fədai xatırladıb ki, bir müddət əvvəl Xüsusi İqtisadi Rayonlar yaradıldı: "Bu, çox doğqru qərar idi. İdarəetmə sisteminin daha da təkmilləşdirilməsi baxımından bütün strukturlarda reigonlaşma prosesi getməlidir. Ancaq qeyd etdiyim kimi, bu proses gələcəkdə mütləq bələdiyyələrə xüsusi status verilməsi ilə nəticələnməlidir. Bu mənada yeni və demokratik bələdiyyə seçkilərinin  keçirilməsi və idarəetmənin xalqa bağlanması labüddür. 

Burada bir məqama da diqqət çəkməliyik: Qarabağ Regional Təhsil İdarəsinin yaradılması alqışlanmalı addımdır. Ancaq idarəetmə sistemində mütləq Qarabağ Regional Təhsil İdarəsinin yaradılması alqışlanmalı addımdır. Ancaq bələdiyyə olmalıdır ki, regional təhsil idarəsi də normal fəlaiyyət göstərə bilsin. Faktiki olaraq bu səlahiyyətlərə malik olan güclü bələdiyyələr yoxdur. 

Ümumiyyətlə, ölkədə tez-tez qabardılan bütün problemlərin kökü qanun və qaydalar olub, onların tətbiqinin və işləmə mexanizminin olmamasına gedib çıxır. Ümid edirik ki, regional təhsil idarələrinin yaradılması formal xarakter daşımayacaq və onların düzgün fəaliyyəti üçün tezliklə işlək mexanizm, alt baza yardılacaq. Əks halda, bu kimi qərarların əhəmiyyəti və mənası qalmır".

0