Azərbaycana qış fəsli gəldi

ÖLKƏ
20:19 / 21.12.2021
1540

Azərbaycanda qış fəsli başlayıb.

HİT.az məlumatına görə, qış fəsli ölkəmizə dekabrın 21-də Bakı vaxtı ilə saat 19:59:00-da qədəm qoyub.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.

Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.

0