İcra başçısı şöbə müdirini işdən çıxardı

ÖLKƏ
10:18 / 23.12.2021
1192

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elxan Allahverdiyev əmr imzalayıb. Əmrə əsasən, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev işdən çıxarılıb.

Hələlik onun yerinə təyinat yoxdur

0