Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

ÖLKƏ
12:11 / 23.12.2021
782

Ölkə ərazisində müşahidə olunan soyuq, yağıntılı hava şəraiti dekabrın 25-dək davam edəcək.

Bu barədə Hit.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

0