"Azərbaycan Sənaye Korporasiyası" Türkiyə vətəndaşına vəzifə verdi

ÖLKƏ
14:09 / 23.12.2021
1208

"Azərbaycan Sənaye Korporasiyası" ASC-ə məxsus "ASK Şüşə" MMC-nin direktoru Səməd Nəbiyev vəzifəsindən azad edilib.

Hit.az Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Cüneyt Cebeciyə həvalə olunub.

Xatırladaq ki, “ASK Şüşə” Bakının Qaradağ rayonunda fəaliyyət göstərən və kredit əvəzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə girov qoyulmuş “Inter Glass” ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 34 677,5 min manatdır.

0