Ölmüş yaxınlarımızı yuxuda görmək nəyə işarədir? - Psixoloq görün nələr danışdı

ÖLKƏ
10:05 / 24.12.2021
5312

"Bildiyimiz kimi gecə yatarkən beynimizin dalğaları dəyişir, teta və deltaya keçid edir. İnsan yuxuya getməyə yaxın ancaq oyaq olarkən və yuxudan oyanan anlarda beyin teta dalğasında olur, bu zaman insanın gözünə obrazlar gələ bilər".

Bunu HİT.az-a açıqlamasında psixoloq, enerji kouçu və art terapevt Zümrüd Əsədova deyib.

Həmsöhbətimiz dünyasını dəyişmiş yaxınlarımızı yuxuda görməyimizin səbəbərini açıqladı:

"Mən, psixoloq və enerji kouçu kimi cavablandırmaq istərdim. Hər insanın ünsiyyətdə olduğu insanlarla arasında bağ var. Eyni zamanda o insan haqqında formalaşmış bir fikir var. Yəni o şəxs insan olmaqdan əlavə yuxu görənin beynində bir fayldır. Bildiyimiz kimi gecə yatarkən beynimizin dalğaları dəyişir, teta və deltaya keçid edir. İnsan yuxuya getməyə yaxın ancaq oyaq olarkən və yuxudan oyanan anlarda beyin teta dalğasında olur, bu zaman insanın gözünə obrazlar gələ bilər. İnsanlar meditasiya edərkən əsasən bu dalğada olmağa çalışırlar. Belə olduqda şüuraltı bizə hansısa məlumatları və ya axtardığımız cavabları ötürə bilir. Gün ərzində isə bu çətin olur, çünki beyin çox aktiv işləyir və şüuraltıdan gələ biləcək cavablara açıq olmur. Gecə yuxulu olduqda və yatarkən isə aktiv şəkildə insana lazım olanları tapmağa kömək edir. Bu köməklik əsasən obrazlarla olur. Bu, artıq yaşamayan insanlar da ola bilər, çünki şüuraltıya lazım olan əsasən məlumatı ötürməkdir. Əgər nə məlumat ötürüldüyünü anlamaqda çətinlik varsa, o zaman sadə suallarla cavab tapmaq olar.

Məsələn:

Gördüyünüz şəxs sizə nəyi xatırladır?

O insanı düşünəndə ilk ağlınıza hansı söz, hansı situasiya və hansı davranış gəlir?

Onu gördükdə nə hiss etdiniz?

Yuxunu yada saldıqda nə hiss edirsiniz?

Təhlil etdiyiniz fikirlər və hisslər hazırda həyatınızda hansı baş verənlərlə uyğunlaşır?

Bunu yazılı təhlil etmək sizə daha çox aydınlaşdırmağa kömək edəcək, çünki məlumatı sistemləşdirmək və ona kənardan baxmaq hissə-hissə olan məlumatı puzzle kimi birləşdirməyə kömək edir.

Aysel Aliyeva/HİT.az

3