"Aztelekom"a yeni baş direktor təyin olundu

ÖLKƏ
13:39 / 25.12.2021
1344

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) baş direktor təyin edilib.

Nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Klaus Müller gətirilib.
2016-2020-ci illərdə "Azərfon" MMC-nin icraçı direktoru olan K.Müller həmçinin "Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.

K.Müllerin bu təyinata qədər son iş yeri isə "McKinsey & Co" şirkətində xarici məsləhətçi vəzifəsində olub.

Bu vaxta qədər "Aztelekom"un baş direktoru vəzifəsini müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.

Təyinatla bağlı faktı "Report"a qurumdan təsdiq ediblər.

1