Keçmiş deputatlığa namizəd, AMİP fəalı Nigar Əlicanlı özünü öldürüb.
Bu barədə Lent.az-a N.Əlicanlının yaxınları xəbər verib.
Məlumata görə, onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, N.Əlicanlı AMİP-in fəal üzvlərindən olub. O, bir neçə dəfə Qax rayonundan deputatlığa namizəd olmuşdu.