31 nəfər şəhid və qazi ailəsi üzvü Azərbaycan vətəndaşlığına qəbul edildi

ÖLKƏ
12:53 / 27.12.2021
1301

“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib.

Bu barədə Hit.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.

0