Bakıda bankomatdan pul çıxarmaq istəyən qadına hücum etdilər

ÖLKƏ
08:56 / 28.12.2021
1310

Bakıda 42 yaşlı qadın hücuma məruz qalaraq xəsarət alıb.

Hit.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Aydın qızı bankomatdan pul çıxararkən tanımadığı şəxs ona xəsarət yetirib.

O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

2