I qrupla bağlı yeni qəbul proqramı HAZIRLANDI

ÖLKƏ
15:09 / 28.12.2021
1612

Dövlət İmtahan Mərkəzinin yaratdığı işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlayıb.

Mərkəzdən Hit.az-a verilən məlumata görə, proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular daxil edilib.

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.

Qəbul proqramı ilə verilmiş keçidlərdən (Azərbaycan və rus dillərində) tanış ola bilərsiniz.

0