Bu hal baş verərsə COVID-19 pasportunuz ləğv olunacaq

ÖLKƏ
21:27 / 28.12.2021
1407

“Tədqiqatlar göstərir ki, ikinci dozadan 4 ay sonra vaksinin qoruyuculuğu azalmağa başlayır. Buna görə də üçüncü, buster doza vurulmalıdır”.

Hit.az xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur:

“İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur. Yəni ikinci dozadan 6 ay sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etmək tövsiyə olunur. Fevralın 15-dək bütün vaksin pasportları qüvvədədir. Kimdəsə ikinci dozadan sonra müddət 6 aya yaxınlaşırsa təcili olaraq üçüncü doza vurmağa çağırırıq".

3