Bu il sosial ödəniş təyin olunan şəhid ailələri və qazilərin sayı AÇIQLANDI

ÖLKƏ
12:10 / 29.12.2021
1522

Azərbaycanda bu il sosial ödəniş təyin olunan şəhid ailələri və qazilərin sayı açıqlanıb.

Hit.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, cari ildə şəhid ailələrinə 15 800-dən artıq sosial ödəniş təyin edilib: "Müharibədə yaralanmış qazilərə 4800-ə yaxın sosial ödəniş təyin olunub. DSMF tərəfindən 13 min qazi ziyarət edilib".

0