Bir gündə 30 mindən çox şəxs peyvənd olundu

ÖLKƏ
17:01 / 29.12.2021
1385

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, bir gündə 30 157 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 908 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3659, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 590 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 286 004, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 163 947, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 669 820, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 452 237 təşkil edir.

0