Zakir Həsənov generala yeni vəzifə verdi (FOTO)

ÖLKƏ
17:42 / 30.12.2021
1491

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Qərargahına yeni rəis əvəzi təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, qərargahın rəisi vəzifəsinin icrası general-mayor Qədir Nəsibova tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yeni strukturuna uyğun olaraq qurumda Maddi-Texniki Təminat Qərargahı fəaliyyət göstərir. 

0