Mədinə Qiyasbəyli vəfat etdi - FOTO

ÖLKƏ
13:29 / 02.01.2022
1867

Yanvarın 1-də pedaqoq və metodist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mədinə Qiyasbəyli dünyasını dəyişib.

Bakı Slavyan Universitetindən(BSU) HİT.az-a verilən məlumata görə, Mədinə Qiyasbəyli uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Mədinə Qiyasbəyli 1948-ci il mayın 6-da Bakı şəhərində anadan olub. Mədinə Qiyasbəyli xarici dil kimi rus dili üzrə tədris vəsaitləri komplektlərinin hazırlanmasına ciddi töhfələr verən metodist-alim olub.

Uzun illər çalışdığı BSU-nun Rus dili və onun tədrisi metodikası kafedrasında, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində həmkarları ilə birgə hazırladığı dərslik komplektləri yerli və əcnəbi təhsilalanlar üçün əvəzolunmaz tədris resursları idi.

0