Bu prospektdə görüləcək işlə bağlı sürücülərə müraciət

ÖLKƏ
15:12 / 03.01.2022
1199

Sabah səhər saatlarından Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Hit.az-a verilən məlumata görə, sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Görülən işlər zamanı yolda hərəkət məhdudlaşdırılmayacaq.

0