Bir ailənin beş üzvü qəzaya düşdü, qadın öldü

ÖLKƏ
15:53 / 03.01.2022
1049

Zərdab rayonunun Şıxbağı kəndi ərazisində bir ailə üzvlərinin düşdüyü qəza baş verib.

Hit.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 2-də saat 13 radələrində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub.

Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdirilib.

Zərdab RPŞ-də araşdırma aparılır.

0