Gəncədə avtomobil piyadanı vurdu

ÖLKƏ
17:20 / 03.01.2022
1261

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "OPEL" markalı minik maşını yolu keçmək istəyən 1976-cı il təvəllüdlü V.Hacıyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağla araşdırma aparılır.

0