Lökbatanda yaşayış binasında yanğın - YENİLƏNİB

ÖLKƏ
15:59 / 05.01.2022
587

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.

Hit.az xəbər verir  ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

***15:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

0