Peyvənd olunanların sayı açıqlandı

ÖLKƏ
15:45 / 10.01.2022
845

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 vaksin vurulub.

Hit.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, “buster” doza üzrə vaksin vurulmayıb.

Vurulan vaksinlərin ümumi sayı 11 498 430, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 066, ikinci mərhələ üzrə 4 695 363 nəfər təşkil edir. Ümumilikdə isə 1 619 001 “buster” doza vurulub. 

0