Məktəblilər tərəfindən dəhşətli hadisə: Şagird öz sinif yoldaşını bıçaqladı

23:44 / 10.01.2022
1213

162 nömrəli tam orta məktəbin  11a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur)  yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb. Hadisə dərsdən sonra baş verib. 

HİT.az xəbər verir ki, şagirdi bıçaqlamaqda şübhəli bilinən sinif yoldaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bıçaqlanan şagird hazırda əməliyyat olunub, vəziyyəti ağır-stabil qiymətləndirilir.

2