Tanınmış aparıcı Aytən Səfərovanın başına iş gəlib.
HİT.az xəbər verir ki, aparıcının bilək sümüyü sınıb. Bu barədə Səfərova instaqramda məlumat yayıb. O bildirib ki, bu günlərdə anası ağır əməliyyata hazırlaşır:
“Çox çalışdım ki, könlümü fərəh tutum, fikirləşdiyimi büruzə verməyim, özümü “sındırmayım”, lakin sümüyümü sındırdım. Həkimlər vaxtında müdaxilə etdilər. Hələ ki, ağrıkəsicisiz mümkün deyil, amma biz güclü qadınıq. İnşallah bu da keçər. Özünüzü qoruyun”.