Goranboyda yeniyetmə dəm qazından zəhərləndi

ÖLKƏ
23:32 / 11.01.2022
703

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

HİT.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində baş verib.

Rayon sakini, 2007-ci il təvəllüdlü O.Orucov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 15 yaşlı oğlan yaşadığı evdə dəm qazından zəhərlənib.

0