“Acı dərə”də yaranmış təbii aşınma aradan qaldırılır (FOTO)

ÖLKƏ
14:36 / 12.01.2022
1137

Köçəsgər kəndindən keçən “Acı dərə” təbii sel ötürücüsündə yaranmış təbii aşınmanın aradan qaldırılması işlərinə start verilib.

Hit.az-a Ağstafa rayon İcra Hakimiyyətindən verilən xəbərə görə, Ağstafa rayonunun Köçəsgər kəndinin ortasından keçən və Kür çayına axan 800 met ruzunluğunda olan təbii sel ötürücüsü “Acı dərə”də yaranmış təbii aşınmanın aradan qaldırılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi əsasında “Sel sularından mühafizə tədbirləri” obyekti üzrə layihənin icrasına başlanılıb. 

0