Peyvənd olunanların sayı açıqlandı

ÖLKƏ
16:37 / 12.01.2022
1288

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 455 vaksin vurulub.

Hit.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 885, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 768, “buster” doza üzrə isə 24 802 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 11 562 620, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 190 347, ikinci mərhələ üzrə 4 703 255 nəfər təşkil edir. Ümumilikdə isə 1 699 018 “buster” doza vurulub. 

0