"Ola bilər övladımı ərkyana vurub” - Döyülən uşağın atası (VİDEO)

ÖLKƏ
19:07 / 15.01.2022
598

"Uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur. Ola bilər uşağı ərkyana vurub”.

Hit.az xəbər verir ki, bu barədə İsmayıllıdakı 1 saylı uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, baş verənlərdən üzülür:

“Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı da övladım evdə hər hansı bir söz deməyib”. (Baku.ws)

4