“Bəy hamamı” cərimələndi

ÖLKƏ
15:42 / 17.01.2022
1417

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Hit.az-a verilən məlumata görə, rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq əməkdaşlarının və bir neçə müştərinin müvafiq COVID-19 pasportlarının olmadan fəaliyyət göstərməsi məlum olub.

Belə ki, obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4 000 manat miqdarında, orada işləyən şəxslər və müştərilər isə eyni maddənin tələbi ilə 200 manat miqdarında cərimə edilib.

0