Xəzər dənizində köpək balığının olması iddia edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə video sosial şəbəkələrdə yayılıb.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
ETS-nin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin görüntülər Xəzər dənizində çəkilməyib:
“Bu videonu Dağıstan balıqçıları Oxot dənizində çəkiblər. Bunlar brakonyerlərdir. Onların istifadə etdiyi torlar ovlanma üçün qadağandır. Bu köhnə görüntüdür və Xəzərdə çəkilməsi ilə bağlı iddialar “fake”dir”.
O qeyd edib ki, Xəzər dənizində köpək balığı yaşaya bilməz.