Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanına VƏZİFƏ VERDİ

ÖLKƏ
13:58 / 20.01.2022
1679

Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyevə vəzifə verilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Anar Mirzəyev Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəis müavini vəzifəsinə təyin olunub. O, Hərbi Liseyin rəisi vəzifəsi vakant olduğundan, müvəqqəti olaraq liseyin rəisi vəzifəsini icra edəcək.

1