Vilayət Eyvazov generalın oğlunu işdən çıxardı - FOTO

ÖLKƏ
14:08 / 21.01.2022
2862

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bölmə rəisini vəzifəsindən azad edib.

Hit.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin əmri ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Urxan Şirinov işdən çıxarılıb. U.Şirinov sərəncama götürülüb.

Qeyd edək ki, Urxan Şirinov sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qaynı Nüsrət Şirinovun oğludur.  Polis general-mayoru Nüsrət Şirinov isə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.

0