DİM-dən abituriyentlərə MÜRACİƏT

ÖLKƏ
15:06 / 21.01.2022
1025
Dövlət İmtahan Mərkəzi qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün nəşr olunan “Abituriyent” jurnalının xüsusi buraxılışında düzəliş edib. DİM-dən "Unikal"a verilən xəbərə görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında (Azərbaycan və rus bölməsi, səh.3) “TC altqrupuna daxil olan ixtisaslar – Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix və coğrafiya müəllimliyi” kimi qeyd olunan ixtisaslar, Beynəlxalq münasibətlər və Regionşünaslıq kimi olmalıdır. TC altqrupuna yalnız Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları daxildir.
0