13 yaşlı Ayselin sizin köməyinizə ehtiyacı var

ÖLKƏ
18:18 / 21.01.2022
1413

13 yaşlı Aysel Həsənli serebral iflicdən əziyyət çəkir. 

HİT.az xəbər verir ki, Aysel yaşıdları kimi yerimək və öz dostları ilə vaxt keçirmək istəyir. Amma doğuşdan onunla yol yoldaşı olan xəstəlik Ayselin bütün bunları həyata keçirməsinə imkan vermir.

Ayselin ötən ilin aprel ayında dizləri çox büküldüyü üçün ağır əməliyyat olunub. Sümükləri kəsilib, platinlərlə birləşdirilib. Fizioterapiya olmalıdır, ancaq buna imkanı çatmır. Çünki, bir kursu 1300 manatdır. 

Valideynləri onun müalicə olunmasına yardım edəcək xeyirxah şəxslərin pul köçürməsi üçün bank hesabı da açıblar. Ayselə yardım etmək istəyənlər "Rabitəbank" bank vasitəsilə bu hesaba (- 4189 8000 8019 8060) yardım edə və ya bu nömrə ilə (anası İlhamə Həsənova -077 470 88 73) əlaqə saxlaya bilərlər.

0