Xəzər dənizində zəlzələ oldu

ÖLKƏ
22:18 / 21.01.2022
600

Dağıstanın Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

HİT.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə idarəsi məlumat yayıb.

Saat 19.08-də baş verən yeraltı təkanlar Kaspiysk şəhərində hiss edilib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

 

 

0