Hazırda "Yasak elma" serialında rol alan aktrisa Şevval Sam "Sadakatsız" serialında "Selçuk" obrazına həyat verən oğlu Tarık Emir Tekin barədə danışıb.
Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa müsahibəsi zamanı oğlu ilə xaricə səyahət etdiyi zaman qızların onları sevgilisi zənn etdiklərini deyib: "Oğlumla xaricdə əl-ələ gəzirik. Bəzən Tarıkı bəyənən qızlar bizi sevgili bilir, anası olduğumu biləndə çox təəccüblənirlər".


