İctimai yerlərdə 11 koronavirus xəstəsi AŞKARLANDI

ÖLKƏ
17:24 / 22.01.2022
748

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən HİT.az-a verilən məlumata görə, yanvarın 21-də polis əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb

0